
RegionTV.info xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Bildirilib ki, əfv edilənlər arasında Donald Trampın keçmiş köməkçisi Stven Bennonda var.
O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib.O, 2017-ci ilin yanvarından avqustunadək Donald Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.