Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tokayev erməni səfirə “Dostık” ordeni verib - XİN başçısı ilə görüş

Tokayev erməni səfirə “Dostık” ordeni verib - XİN başçısı ilə görüş

Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Armen Gevondyan Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Ermənistan XİN-in mətbuat xidmətindən "News.am"a verilən məlumata görə, görüş zamanı Nurtleu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə təltif etdiyi Gevondyana II dərəcəli “Dostık” ordenini təqdim edib.

 Bildirilib ki, səfir “iki ölkə arasında dostluq münasibətlərinin və çoxşaxəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi töhfəyə görə” təltif olunub.

 Qeyd olunub ki, görüşdə İrəvan və Astana arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 "Qazaxstan prezidentinin aprelin 14-15-də Ermənistana rəsmi səfəri zamanı əldə olunmuş strateji razılaşmaların həyata keçirilməsində əldə olunan irəliləyişlərə baxılıb", - məlumatda deyilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də