Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şirzad Əsgərov təqaüdə göndərilib.
RegionTV.info-nun bölgə müxbirinin verdiyi məlumata əsasən, Ş.Əsgərov xidmətin son yaş həddi ilə əlaqədar pensiyaya gedib.
Hələlik Tovuz rayon Polis Şöbəsinə yeni təyinat yoxdur.
Məlumat üçün bildirək ki, Ş.Əsgərov Daxili İşlər Nazirliyində bir sıra məsul vəzifələrdə çalışıb.
Tovuz rayonundan öncə Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edib.
Xəbəri paylaş