Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?

Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?

Məktəblərin açılmasına az vaxt qalıb. Əvvəllər olduğu kimi, bu il də valideynlər uşaqların məktəb ləvazimatlarının alınması üçün alış-verişlərə başlayıblar.

Bu il də digər illərdən fərqlənmir. Valideynlər qiymətlərdən narazılıq edir, bahalıqdan gileylənirlər. 

Mövzu ilə bağlı  danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymətlər bazarda təyin olunur. Yəni bu mövzu ilə bağlı xüsusi meyar yoxdur:

"Sahibkar məhsulu aldıqdan, xərcləri çıxdıqdan sonra üzərinə istədiyi məbləği qoyur. Sahibkarın bu zaman özünün qiymət diapozonu olur. Müəyyən qiymət təyin edir, sonra lazım olduqda müəyyən qədər azalda bilir. Tələbat çox olanda, alış-veriş çox edildikdə təbii ki, güzəşt tətbiq etmir. Bu zaman qiymətlərə nəzarət etmək üçün xüsusi bir orqan yoxdur, olmalı da deyil. Bunlar tənzimlənən qiymət deyil. İşıq, qaz, su, nəqliyyat və digər sahələrdə qiymətlər tənzimlənir, amma bazarda belə bir qayda yoxdur".

Onun sözlərinə görə, tənzimlənən qiymətlər yalnız təbii monopolislərin məhsullarının qiymətləridir:

“Bazar qiymətlərinin tənzimlənən olması üçün gərək sovet dönəminə qayıdaq. Burada monopoliya da yoxdur. Bazarda rəqabət mühiti var ki, qiymətin artıb-enməsini müəyyən edir. Məktəb ərəfəsində alıcı kütləsi artdığı üçün qiymətlər də artır. Bu normal prosesdir. Qiymətlərin qalxmasından əziyyət çəkmək istəməyən şəxslər 2-3 ay əvvəldən hazırlıq görməli, alış-verişlərini etməlidirlər. Dədə-baba qaydası olaraq yayda qışın ehtiyatı görülürdü, indi də bu qayda keçərlidir. Əgər məhsulu istədiyimiz vaxt əldə etmək istəyiriksə, qiymət artımını da qəbul etməliyik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də