Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almaniya qaçqınlara sığınacaq şərtlərini SƏRTLƏŞDİRİR

Almaniya qaçqınlara sığınacaq şərtlərini SƏRTLƏŞDİRİR
Almaniya ölkənin qərbində baş verən terror aktından sonra qaçqınlar üçün sığınacaq şərtlərini sərtləşdirəcək.

 Bu barədə DİN rəhbəri Nensi Fayzer danışıb.

O, Almaniya hökumətinin sığınacaq verilməmiş şəxslərin deportasiyasını sürətləndirəcəyini bildirib. Hakimiyyət həmçinin üzrlü səbəb olmadan öz ölkələrinə qayıdan qaçqınların müdafiəsindən imtina etməyi planlaşdırır.

 Bundan əlavə, sığınacaq axtaranlar sığınacaq üçün ilk müraciətlərini başqa bir Aİ ölkəsinə təqdim etsələr, müavinətlərdən məhrum olacaqlar.

 Qeyd edək ki, avqustun 24-də Almaniyanın qərbindəki Solingen şəhərində bıçaqlı şəxs insanlara hücum edib. 3 nəfər ölüb, daha 8 nəfər yaralanıb. İlkin məlumata görə, şübhəli şəxs Suriyadan olan qaçqındır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də