
Rusiya Prezidenti Vladimir Putin Monqolustana səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər sentyabrın 3-də Monqolustan prezidentinin dəvəti ilə baş tutacaq.
Qeyd edək ki, Monqolustan Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Roma Statusunu imzalamış ölkələrdən biridir.