
Risk qrupuna aid şəxslər (İİV-ə yoluxanlar, onkoloji xəstələr, hormonal müalicə alanlar və tibb işçiləri) vərəmə meyilli olur.
Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, buna səbəb onların immun sistemlərinin zəif olmasıdır.
Direktor bildirib ki, vərəm xəstəliyinin genetikaya aidiyyəti yoxdur, çünki yoluxucu xəstəlikdir: “Əgər evdə aktiv vərəm xəstəsi varsa və müalicə almırsa, o, digər ailə üzvlərini infeksiyaya yoluxduracaq”.