
Qarabağ Universitetinə qəbul olunanların 16 faizi Bakı sakinidir.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin 3,81 faizi Naxçıvandan, 6,8 faizi Sumqayıt, Xızı və Abşerondan, 16 faizi isə Gəncə şəhəri, Şəmkir və Qazax rayonlarındandır.