
Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Milas rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.