Xəbər verdiyimiz kimi, ötən gün Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Chery” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həyatını itirən şəxs Azərbaycan SSRİ-nin güləş üzrə idman ustası, Azərbaycanın Əməkdar müəllimi olub.
Faktla bağlı araşdırma aparılır.