Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna Rusiyanın daha bir vilayətinə DAXİL OLDU

Ukrayna Rusiyanın daha bir vilayətinə DAXİL OLDU
Kursk vilayətindən sonra Rusiyanın daha bir bölgəsində Ukrayna ordusu ilə ağır döyüşlər gedir.

 Rusiyanın bir neçə hərbi teleqram kanalı Bryansk vilayətinin Klimovski rayonunun Ukrayna ilə sərhədd bölgəsində döyüş getdiyini bildirir.

 Bəzi mənbələr hücumun genişmiqyaslı olmadığını, Ukrayna ordusunun bir neçə yüngül zirehli avtomobilin dəstəyi ilə təxribat-diversiya qrupu ilə hücum etdiyini yazıb.

 Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna ilə sərhəddə, Klimovski rayonunda döyüş olması barədə xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, döyüş artıq başa çatıb. Boqomaz Ukrayna təxribat və kəşfiyyat qrupunun Rusiya ərazisinə soxulmağa çalışdığını yazıb.

 Bryansk vilayəti həm Ukrayna, həm də Belarusiya ilə həmsərhəddir, Klimovski rayonu isə üç ölkənin sərhədində yerləşir. Kursk bölgəsindəki döyüş zonası buradab təxminən 150 kilometr məsafədədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də