"Sədərək"də ticarət mərkəzinin rəhbərliyinin bir ailəni girov götürərək qapını bağlaması iddia olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:
"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır".