Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kamran Bayramov: Uğurlu idman siyasəti yüksək nailiyyətlər qazanmağa imkan verir

Kamran Bayramov: Uğurlu idman siyasəti yüksək nailiyyətlər qazanmağa imkan verir

Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada həm də, idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Həm dünya, həm də, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc  və  fərəh hissi yaradır.  Bu nailiyyətlərin əldə olunması birmənalı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal hesab edirəm ki, çox yaxşı nəticədir.”


Bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də, onların artıq, qalib ölkənin təmsilçiləri olmalarıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da, artıq, bütün beynəlxalq yarışlarda məhz, qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var.  Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir.  Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir.  Bölgələrdə   50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Bu günə qədər Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azad edilmiş ərazilərdə də  ildə bir neçə beynəlxalq idman yarışı keçirilmişdir.  Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. 


K.Bayramov əlavə edib ki, oyunlar tarixə çevrildi. Hər bir uğurlu nəticə yeni hədəflərə böyük stimuldur. Dövlət başçısı İlham Əliyev daim bu tezisi irələ sürür ki, «Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.» Son 21 ilə yaxın dövrün reallıqlarına nəzər salanda Azərbaycanın bütün sahələrdə mükəmməl  təcrübəyə malik olduğunu, hər zaman yeniliyə maraq göstərdiyini, hər bir yeni təcrübənin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyduğunu böyük əminliklə qeyd edə bilərik. Uğurlarımız, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bu baxımdan, iqtisadi tərəqqinin hər bir ölkənin hərtərəfli inkişafında əsas amil olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hər bir sahədə konkret proqramın icrasını uğurla həyata keçirməyə şərait yaratdığını böyük əminliklə qeyd edə bilərik. Bakı və Bakıətrafı qəsəbələrin, o cümlədən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həm paytaxt Bakıda, həm də, bölgələrdə  idman kompleksləri tikilib istifadəyə verilib. Bu idman kompleksləri gənclərə idmanın hər biri növünə dərindən yiyələnmələrinə geniş imkanlar açır. Həmçinin, gənclərin sağlam ruhda tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə onların asudə vaxtdan səmərəli istifadə etməsində də bu idman komplekslərinin əhəmiyyəti böyükdür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də