
RegionTV.info APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Haxverdiyev Novuz Əli oğlunun nəşi Daşkəsən rayonuna aparılıb.
Şəhidin doğulduğu Alunitdağ qəsəbəsində keçirilən vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid N.Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, N.Haxverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.
Allah rəhmət eləsin!