
Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili təbliğat-təşviqat kampaniyasına başlayıb.
O,. 2020-ci ildə Milli Məclisə Sumqayıtdan seçilən deputat olaraq keçən 4 il ərzində müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyət barədə hesabat təqdim edib.
"Düşünürəm ki, 1 sentyabr 2024-cü il tarixində seçicilərin verəcəyi qərara hər bir namizədin indiyə qədər gördüyü işlər və seçiləcəyi təqdirdə isə görəcəyi işlər mühüm təsir edəcəkdir", - Tahir Mirkişili bildirib.