Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı və İrəvan kommunikasiyalarla bağlı razılığa GƏLDİ

Bakı və İrəvan kommunikasiyalarla bağlı razılığa GƏLDİ
“Bakı və İrəvan nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib”.

 Bunu Erməistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli mətbuata açıqlamasında deyib.

 O, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib. Badalyan əlavə edib ki, razılığa görə bu məsələnin daha sonra həll olunacaq.

 Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib.

 Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirib. Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də