
"Bizim istehsal etdiyimiz formanın parçası 10 dollardır, bu da 17 manat edir. Digər xərcləri də əlavə etdikdə ətək yaxud şalvar bizə 18.5-19 manata başa gəlir".
Bu barədəaçıqlamasında Bakı Tikiş Evinin rəsmisi Etibar Əzimov deyib.
Onun sözlərinə görə, Bakı Tikiş Evinin hazırda 4 milyon manat kredit borcu var, aylıq 30 min manat ödəniş edir:
"Biz formaların satışını gözləyirik ki, borclarımızı bağlayaq. Çoxları elə bilir ki, BTE dövlət qurumudur, amma elə deyil. Biz özəl qurumuq və maliyyələşməmiz yalnız satışlardan əldə edilən gəlir hesabına formalaşır”.