Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
Departament rəhbəri Prezident Mahmud Abbasın Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi və Türkiyə Böyük Millət Məclisində çıxış edəcəyini açıqlayıb.
Səfərin iki gün davam etməsi gözlənilir.