
RegionTV.info xəbər verir ki, İngilis Milli Statistika İnstitutu COVID-19-dan sağalan 47 min 780 nəfər üzərində araşdırma aparıb. Araşdırma zamanı respondentlərin 30%-nin 140 gün ərzində ürək-damar problemləri, tənəffüs yolu xəstəlikləri kimi problemlərə görə xəstəxanaya müraciət etdiyi məlum olub.
Elmi tədqiqatlara cəlb olunan şəxslərin yaş ortalaması 65 olub. Onlar əsasən Afrika və Asiya mənşəli insanlar olublar.