
Koronavirusdan müalicə alan tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun xəstəxanada fotosu yayılıb.
RegionTV.info xəbər verir ki, alimin müalicə aldığı xəstəxanada çəkilmiş fotosu "Telegram" kanallarında yayılıb.Qeyd edək ki, yanvarın 13-də Rəşid Mahmudovun koronavirusa yoluxduğu məlum olub. Sonradan onun halının pisləşdiyi, hətta sosial şəbəkələrdə onun vəfat etdiyi də deyilirdi. Alim isə bu xəbərlərə belə münasibət bildirmişdi:
"Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam, dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.
Allah şəfa versin!

BAKU.WS