Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Acarıstanda süni ada və yarımada salınır

Acarıstanda süni ada və yarımada salınır

Gürcüstanın Acarıstan muxtariyyətində - Qara dəniz regionunda “Batumi island” süni adasının tikintisi layihəsi 20% tamamlanıb.

 Muxtar respublika hökumətinin sədri Tornike Rijvadze bu barədə danışıb. 

 Onun sözlərinə görə, artıq 15 hektara yaxın yeni ərazi yaradılıb və bir neçə aydan sonra ilk tikinti fəal şəkildə başlayacaq. Birinci mərhələdə 100 milyon dollar xərclənəcək və 2 min yerli sakin işlə təmin olunacaq.

 Adanın tikintisinə 2022-ci ilin sentyabrında başlanılıb. İki süni yarımadanın və ultra müasir əyləncə və rekreasiya tipli bir adanın tikintisi planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də