
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Co Baydeni istefaya çağırıb
Bu barədə o, "X" səhifəsində paylaşım edib.
"Bayden seçki yarışında iştirak etməyəcəksə, o, dərhal istefa verməlidir", - Conson bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden seçki yarışından geri çəkilib. O, Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.