Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı təxminən 2 dəfə azalıb. Belə ki, əvvəl taksi sürücülərinin sayı 67-70 min nəfər idisə, hazırda 35 minə yaxın sürücü fəaliyyət göstərir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi fəaliyyətindən uzaqlaşdırılan şəxslərin məşğulluğu ilə bağlı suallar yaranır. Nazir müavini qeyd edibki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var: "Təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər".
Nazirliyin təklifini şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyir ki, 34 min insanın taleyini düşünmək lazımdır.