Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Həsənov: "Mən Bakıdayam, amma həbs olunmamışam"

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.
RegionTV.info Qafqazinfo-ya istinadən bildirir ki, Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb.
"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, "çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan" digər yalan xəbər spekulyantlarının çamur guşəsində "Əli Həsənov tutularaq Azərbaycana gətirildi" başlıqlı növbəti yalan yayıblar.
Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar", - deyə o bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də