
RegionTV.info “Report”a istinadla xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.
Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb olub.
ÜST-də bildiriblər ki, Çində "erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı".
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Pandemiyanın əvvəlindən dünyada virusa 95 milyon yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 52 milyon insan sağalıb, 2 milyondan çox insan pandemiyanın qurbanı olub.