İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…
Tarix: 19-01-2021, 00:33 Xəbərə baxış: 122
Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq türk-rus monitorinq mərkəzinin inşası tamamlanmaq üzrədir.
RegionTV.info"Virtualaz.org"-a istinadən xəbər verir ki, mərkəzin tamamən hazır hala gətirilməsi durumunda yanvar ayı ərzində açılacağı gözlənilir. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq mərkəzində 1-i general olmaqla 35 türk zabiti xidmət edəcək. Mərkəzdə eyni sayda Rusiya hərbçiləri də olacaq. Atəşkəsin qorunmasına daha çox hava vasitələri ilə nəzarət olunacaq. Mümkün atəşkəs pozulmaları qeydə alınarsa bu haqda Ankara və Moskva dərhal məlumatlandırılacaq.
Xatırladaq ki, mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbçiləri bir neçə həftə əvvəldən Azərbaycana göndərilib. O cümlədən Türkiyənin hərbi-nəqliyyat təyyarələri zəruri texniki vasitələri və hərbçilərin yaşaması üçün nəzərdə tutulan konteynerləri daşıyıb.