Bakı metrosunda yeni təyinatlar - “8 Noyabr” stansiyasının rəisi bəlli oldu
Tarix: 18-01-2021, 17:37 Xəbərə baxış: 113
“Bakı Metropoliteni”nin yaxın zamanlarda açılışı nəzərdə tutulan stansiyasına rəis təyin olunub.
RegionTV.info xəbər verir ki, Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək “8 Noyabr” stansiyasına rəis təyin edilib:
““Nizami” stansiyasının rəisi vəzifəsi isə Vüsal Zeynalova həvalə olunub. Həmçinin “Xalqlar Dostluğu” stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli təyinat alıb”.
Metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunmasına gəlincə, B.Məmmədov deyib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar veriləcək:
"Modern.az"