İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə mərhələsi başa çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK)verilən məlumata görə,13 dekabr -13 yanvar tarixlərində elan edilən müsahibəyə 7 vakant yer üzrə 185 namizədin müraciəti qeydə alınıb.
Qeyd edək ki, DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyi Müsahibə komissiyası tərəfindən seçimləri aparılan müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrə təyin olunacaq.