
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Gəncə təmsilçisi Nicat Süleymanovla anlaşıb. Yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi “Araz Naxçıvan”da keçirib.
Nicat Süleymanov əvvəllər də “Kəpəz”də çıxış edib. O, həm I Liqada, həm də elitada “sarı-göylər”in şərəfini qoruyub.