
Azərbaycanlı namizəd Məsud Pezeşkian İranın yeni prezidenti seçildikdən sonra Güney Azərbaycanın şəhərlərində insanlar sevinməyə başlayıb.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Pezeşkian 14-cü prezident seçkilərində qalib gəldikdən sonra Təbriz, Ərdəbil və Urmiya şəhərlərində izdiham yaşanıb.
Güneylilər bu xəbəri böyük sevinclə qarşılayıblar.