Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa verib.
RegionTV.info "Redaktor.az"-a istinadən məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Səhiyyə naziri Arsen Torosyan istefa ərizəsi yazıb”, - deyə Nazirlər Kabinetinin məlumatında qeyd olunub.
Ermənistan mətbuatının yazdığına görə, A. Torosyan Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin ediləcək və onun yerinə “Mənim Addımım” blokundan millət vəkili Narek Zeynalyan təyin olunacaq.
Xəbəri paylaş