Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölkədəki faktiki hava şəraitinə dair AÇIQLAMA

Ölkədəki faktiki hava şəraitinə dair AÇIQLAMA

Bu günə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 35 mm, Şəkidə 34 mm, Zaqatalada 21 mm, Balakəndə 10 mm, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 6 mm, Göygöl, Şəmkir, Qrız, Şahbuz, Gəncədə 5 mm-dək olub.

İyunun 25-i saat 17:11 radələrində Qobustan rayonu Sündü kəndinə diametri 15 mm, iyunun 26-sı saat 08:24 radələrində Şirvan rayonuna 4 mm, saat 06:04-06:06 radələrində Zaqatala rayonuna 6 mm, saat 08:29 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinə 8 mm, Oğuz rayon Xaçmaz və Xaçmazqışlaq kəndləri ərazisinə isə gecə saatlarında diametri 5 mm olan dolu düşüb.

İyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcə isti olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də