Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Həsənov Azərbaycana gətirildi – HƏBS OLUNUR?

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.
Regiontv.info xəbər verir ki, bu barədə Bizim.Media məlumat əldə edib. 
Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda  və gizli fəaliyyət göstərməkdə idi. Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı.
Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun sağ əli idi. 
Savash.org

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də