
Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Bu barədə Dağıstan Respublikası Müftiliyi teleqram kanalında bildirib.
Daha 25 nəfərin xəsarət aldığı qeyd edilib.
“Qəddarlıqla törədilən terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və adi vətəndaşlar olub”, - məlumatda deyilir.
Müftilik həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Sizinlə birlikdə yas tutur və Uca Yaradandan səbir diləyirik”.