Həcc ziyarəti zamanı həlak olan sayı 1100-ü keçib.
Bu barədə TASS ərəb ölkələrinin rəsmi qurumlarına istinadən bildirir.
Məlumata görə, ölənlərin 672-si misirlidir. Onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti edib.
Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.