Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə 2 qızıl və 1 gümüş medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.
Yarışın nəticələrənə əsasən S.Cəfərov və A.Aşırov qızıl, Ə. Aşırov isə gümüş medala sahib çıxıb.