
Sabirabadda qəza olub, 6 nəfər xəsarət alıb
Hadisə rayonun Surra kəndi ərazisində qeydə alınıb.
“Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.