Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər öldü

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər öldü

Çinin mərkəzindəki Hunan əyalətinin kəndlərində torpaq sürüşməsi baş verib, nəticədə 8 nəfər ölüb.

Sürüşmə Sinxuan-Dun Muxtar Dairəsinin Dousi kəndində qeydə alınıb. Nəticədə dörd yaşayış binası uçub, 8 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı zamanı itkin düşənlərin hamısını tapmaq mümkün olub, onlardan heç biri sağ deyil.

 Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində, o cümlədən Hunan əyalətində leysan yağışları müşahidə olunur. Yağışların yaratdığı fəsadlar səbəbindən təxminən 55 nəfər ölüb, bir neçə sakin itkin düşüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də