Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ maraqları naminə bütün dünyada təxribat törədir - Dodik

ABŞ maraqları naminə bütün dünyada təxribat törədir - Dodik

ABŞ digər ölkələrin maraqlarına məhəl qoymur və öz məqsədlərinə çatmaq üçün Bosniya və Herseqovinanın daxili işlərinə qarışır.

Buunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik "X" sosial şəbəkəsində bildirib.

“Maykl Mörfi (ABŞ-nin Bosniya və Herseqovinadakı səfiri) dünən dediyi kimi, Serb Respublikasının Bosniyadan dinc yolla ayrılması ABŞ-nin maraqları üçün təhlükə yaradır. Serblərin, bosniyalıların və xorvatların öz hüquqları yoxdur? Yalnız ABŞ-nin maraqları vacibdir? Biz 3 xalq bütün məsələləri öz aramızda həll etməliyk", - Dodik qeyd edib.

 Prezident bəzi bosniyalı siyasətçilərin Vaşinqtonun bosniya serblərinə kömək etmək istəyinə inamını "dərin aldanma” adlandırıb:

 “Amerikanı ancaq özü maraqlandırır, bosniyalılar, serblər və xorvatlar onun üçün ötənilki qar kimidir. İraq, Suriya, Liviya, Misir, Əfqanıstanda öz maraqlarını təmin etmək üçün xaos yaradıblar. Niyə bosniyalı siyasətçilər sadəlövhcəsinə özlərinin xüsusi olduğuna və onlara nəsə veriləcəyinə inanırlar”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də