Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həbs edilən vəkildən şok AÇIQLAMA



Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva ifadəsini davam etdirilib.

O bildirib ki, ona iş yerində xəsarət yetirilib: "Sərdar Qasımova dedim ki, bu iş quramadır, mənimsəmə işi araşdırılmalıdır. Sənədlərdə yazılanlar uydurmadır, şişirdilmiş rəqəmlər yazılıb. Amma bu, olmadı. Mən etiraz etdim. Etiraz edəndə isə mənə xəsarət yetirildi. Mənə xəsarət yetirən şəxsin Vəkillər Kollegiyasında izahatı alınmadı, əksinə ona təşəkkürnamə verildi".

Sünbülə Əliyeva deyib ki, ona verilən ittiham şişirdilib. Onun sözlərinə görə, 2016-2018 ilə qədər olan müddətdə hansı vəkilə nə qədər iş verilib, bu müəyyən olunmalıdır: "Tələb edirəm ki, həmin sənədlər tələb olunaraq işə əlavə edilməlidir".

Sünbülə Əliyeva deyib ki, ittiham üzrə özünü təqsirli bilmir. O, heç bir cinayət törətdiyini deyib.

Qeyd edib ki, Vəkilər Kollegiyasının keçirdiyi yoxlamalar onun iştirakı olmadan olub. Vəkillər Kolleksiyasının apardığı yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Daha sonra Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Proses iyunun 24-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də