Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəb direktoru səhhətində problem olduğu üçün vəfat edib - RƏSMİ

Məktəb direktoru səhhətində problem olduğu üçün vəfat edib - RƏSMİ
Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd tam orta məktəbin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikatlaşdırmadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.

 Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, sözügedən məlumat həqiqətə uyğun deyil.

 "Sertifikatlaşdırma imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.

 Qeyd edək ki, sertifikatlaşdırma imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.

 Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur" - deyə cavabda qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də