
Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər