Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qarayara təhlükəsi - Daha bir qurum məlumat yaydı

Azərbaycanda qarayara təhlükəsi - Daha bir qurum məlumat yaydı

06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini  (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

 Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. 

Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. 

Digər iki şəxsdən isə qarayara şübhəsilə  laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. 

Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də