Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu universitetin qəbul planına dəyişikliklər və yeniliklər edildi - CƏDVƏL

Bu universitetin qəbul planına dəyişikliklər və yeniliklər edildi - CƏDVƏL
Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı, həmçinin MBA (Biznesin idarə edilməsi) proqramına plan yerləri təsdiqlənib.

 Əvvəlki illərlə müqayisədə qəbul planında əhəmiyyətli dəyişikliklər və yeniliklər əksini tapıb. Bu dəyişikliklər təhsilin hər iki pilləsi üzrə tələbə qəbulu və ixtisas sayının artım dinamikası, eyni zamanda bakalavr səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil formasının təşkilində özünü göstərir.

 Belə ki, BMU-nun bakalavr pilləsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb. Onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub (//beu.edu.az/az/page/bakalavr-tehsili-182/).

 Ali təhsil müəssisəsinin magistr pilləsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə ayrılan 215 yerdən 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür (//beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/).

 BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer planlaşdırılıb. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də