
Ötən gün təlim zamanı antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.