Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli vəzifədən azad edilib.
Bu barədə müvafiq əmr imzalanıb.
Məlumata görə, A.Əsgərliyə təhqiqat və istintaq orqanında yeni vəzifə verilib.
Qeyd edək ki, Araz Əsgərli bir müddət Bakı şəhər DYP İdarəsinin mətbuat katibi vəzifəsini də icra edib.