Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saxta araq içən 8 nəfər ÖLDÜ

Saxta araq içən 8 nəfər ÖLDÜ

Mərakeşin Rabat şəhəri yaxınlığındakı qəsəbələrdən birində kustar üsulla hazırlanan araqdan kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə nəticəsində yüzdən çox adam zəhərlənib, 8 nəfər ölüb. Xəstəxanaya yerləşdirilənlərdən 82 nəfərin vəziyyəti ağırdır. Onların arasında saxta içkini hazırlayan 2 nəfər də var. Tibbi ekspertiza intoksikasiyaya metil spirtinin (metanol) səbəb olduğunu aşkara çıxarıb.

Nəzəri olaraq Mərakeş qanunvericiliyini spirtli içki satışını qadağan etsə də, bar və restoranlarda, həmçinin böyük marketlərdə içki yarıgizli şəkildə satılır. Ötən il ölkədə kustar üsulla hazırlanan araq bir hadisədə 19, digər hadisədə isə 7 nəfərin ölümünə səbəb olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də