
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2013-cü il təvəllüdlü Məmmədli Uğur Mehman oğlunu vurub. Dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılan uşağa sol çiyin və kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.