
Bakıda yol qəzası baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib. İdarəetməni itirən minik avtomobilinin sürücüsü piyada svetoforunu yararsız hala salıb.
Qeyd olunub ki, NİİM tərəfindən qısa müddət ərzində piyada svetoforunun bərpası təmin ediləcək.