
“Rusiya ABŞ-ın daxili siyasətinə heç vaxt qarışmayıb və qarışmır, olanları kənardan izləyir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
O, Rusiyanın ABŞ-da seçilən istənilən prezidentlə işləyəcəyini qeyd edib.
Putin hazırkı ABŞ hakimiyyətinin təkcə beynəlxalq siyasətdə deyil, həm də iqtisadiyyatda bir-birinin ardınca səhvlər etdiyini vurğulayıb.